İranın Sistan və Bəluçistan əyalətinin Səravan şəhərində polis hərəkətdə olan şəxsi minik avtomobilinə xəbərdarlıq etmədən atəş açıb. Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, bu haqda Bəluç Fəallarının Kampaniyası məlumat yayıb. Atəş nəticəsində avtomobildə olan 3 nəfər həlak olub, hadisə yerindən keçən bir nəfər isə yaralanıb. Bildirilib ki, toy karvanını müşayət edən avtomobildə olanlar bəluçların adəti üzrə havaya atəş açdıqlarına görə polis onları güllələyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta