AZ

ABŞ Norveçə üç strateji bombardmançı göndərib - ÖZƏL

ABŞ Norveçin Erlann aviabazasına üç strateji B-1B Lancer bombardmançı təyyarəsi göndərib.

Olaylar xəbər verir ki,bu barədə NATO-nun Birləşmiş Hava Komandanlığı (AIRCOM) məlumat yayıb.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Texas ştatındakı Dyess aviabazasından havaya qalxıb.

"Müddətli olaraq Norveçdə yerləşdikləri vaxt uzaqmənzilli bombardmançılar müttəfiqlərin rəhbərliyi ilə norveç F-35 qırıcıları və digər NATO təyyarələri ilə birlikdə bir sıra uçuşlar həyata keçirəcək, yüksək təhlükə şəraitində hava əməliyyatlarını məşq edəcək, axtarış, aşkarlama, izləmə və hədəf göstərmə bacarıqlarını təkmilləşdirəcəklər", - deyə məlumatda bildirilir.

Bundan əlavə, onlar "manevr azadlıqlarını məhdudlaşdırmağa yönəlmiş hava və quru təhdidlərinə qarşı" təlimlərdə iştirak edəcəklər ki, AIRCOM-un qeyd etdiyinə görə, bu, NATO-nun "havada üstünlüyü təmin etmək" hazırlığını artıracaq.

Bundan əvvəl Business Insider nəşri yazmışdı ki, NATO Kalininqrad ətrafında Rusiyanın hərbi fəaliyyətini AWACS tipli ixtisaslaşdırılmış komplekslər vasitəsilə izləyir.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
38
2
olaylar.az

10Mənbələr