Bakı Azərbaycana qarşı hələ də mövcud olan ərazi iddialarını aradan qaldırmaq üçün Ermənistan Konstitusiyasına düzəlişlər edilməsini gözləyir.
Azreform.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov “NE Global”a müsahibəsində deyib.
O qeyd edib ki, Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanması Bakının sülh gündəliyinə sadiqliyini təsdiqləyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması ilə bağlı sənəddə yer alan bənd onun imzalanması və ratifikasiyası üçün əlavə addımların atılmasının zəruriliyini nəzərdə tutur.
Əmirbəyov həmçinin bəyannamədə iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, o cümlədən Azərbaycanın quru yolu ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsi ilə bağlı müddəaların əhəmiyyətini vurğulayıb.
Mürtəza