Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub
Ajans.az xəbər verir ki, Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək M.Ağayev ixtisasca pediatrdır və yeni təyinata qədər TƏBİB-də İxtisaslı tibbi xidmətin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək T.Bəbirov ixtisasca pediatrdır və yeni təyinatadək Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsində çalışıb.