“Valensiya”nın 22 yaşlı ispan mərkəz yarımmüdafiəçisi Xavyer Qerra “yarasalar”la müqaviləsinin müddətini uzadıb.
Arena.az bu barədə “Valensiya”nın mətbuat xidmətinə istiandən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Qerra “Valensiya”nın məzunudur və karyerası ərzində ancaq “yarasalar” üçün çıxış edib.
Geridə qalmış mövsümdə Qerra “Valensiya” üçün 38 oyuna 3 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Qerranın “yarasalar” üçün çıxışının ümumi mənzərəsi isə 89 oyun, 8 qol və 4 məhsuldar ötürmədən ibarətdir.
Xavyer Qerra İspaniyanın U-19 və hazırda kapitanı oluduğu U-21 komandalarına cəlb edilib, əsas yığmaya isə çağırış hələ almayıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı ispan mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
