AZ

Avropada müdafiə zavodlarının sahəsi sürətlə artır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Financial Times" qəzetinin peyk məlumatlarına istinadən verdiyi xəbərə görə, Avropadakı müdafiə sənayesi müəssisələrinin sahəsi əvvəlki illərlə müqayisədə üç dəfə sürətlə böyüyərək 7 milyon kvadrat metrdən çox olub.

2024-2025-ci illərdə Avropa ölkələrində silah və sursat istehsal edən zavodların ümumi sahəsi 2,8 milyon kvadrat metr artıb. Müqayisə üçün, 2020-2021-ci illərdə bu göstərici yalnız 790 min kvadrat metr olub.

Qəzetin məlumatına görə, ən böyük artım Almaniyanın Rheinmetall şirkəti və Macarıstanın dövlət müdafiə şirkəti N7 Holding-ə məxsus, Macarıstanın Varpalota şəhərində yerləşən sursat və partlayıcı istehsalı zavodunda qeydə alınıb. Ümumilikdə 37 şirkətə məxsus 150 müəssisənin məlumatları təhlil edilib.

NATO-nun keçmiş rəhbərlərindən Uilyam Albertin fikrincə, bu sürətli artım müdafiə sektorunda uzunmüddətli və struktur dəyişikliklərin göstəricisidir.

"Financial Times" hesab edir ki, Avropa ölkələri Ukraynaya hərbi yardımın davam etdirilməsi və ABŞ-nin Avropanın müdafiəsində rolunun zəifləməsi ehtimalı ilə əlaqədar müdafiəni gücləndirməyə məcburdur.

14 iyulda ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Ukraynaya silah və hərbi texnika göndərilməsini Avropa ölkələrinin bu tədarükləri maliyyələşdirməsi şərti ilə davam etdirəcək. NATO isə bu prosesin koordinasiyasını həyata keçirəcək. Trampın sözlərinə görə, göndərişlərə 17 ədəd Patriot hava müdafiə sistemi daxil olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
135
28
olaylar.az

10Mənbələr