AZ

Yanvar-iyul aylarında pensiya ödənişlərinə 367 mln. manat çox olmaqla 4 mlrd. 142 mln. manat vəsait yönəldilib

7 ayın sosial göstəriciləri

QHT.az xəbər verir ki, bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (367 mln. manat) çox olmaqla 4 mlrd. 142 mln. manat vəsait yönəldilib.

2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb. 

Cari ilin yanvar-iyul aylarında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 165 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Seçilən
41
20
qht.az

10Mənbələr