AZ

Gürcüstan Azərbaycan vətəndaşları da daxil olmaqla 34 əcnəbini deportasiya etdi

TBİLİSİ, 12 avqust. TELEQRAF

Gürcüstanda son günlər ərzində 34 nəfər əcnəbinin ölkədə qanuni əsas olmadan yaşadığı müəyyən edilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Hindistan, Rusiya, Nigeriya, İran, Misir, Azərbaycan, Türkmənistan, Pakistan, Keniya, Ermənistan və Qırğızıstan vətəndaşları olan həminşəxslər Gürcüstandan çıxarılıb.

Yerli qanunvericiliyə uyğun olaraq, onların Gürcüstana girişinə qadağa tətbiq edilib.

Seçilən
17
2
teleqraf.com

3Mənbələr