TBİLİSİ, 12 avqust. TELEQRAF
Gürcüstanda son günlər ərzində 34 nəfər əcnəbinin ölkədə qanuni əsas olmadan yaşadığı müəyyən edilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Hindistan, Rusiya, Nigeriya, İran, Misir, Azərbaycan, Türkmənistan, Pakistan, Keniya, Ermənistan və Qırğızıstan vətəndaşları olan həminşəxslər Gürcüstandan çıxarılıb.
Yerli qanunvericiliyə uyğun olaraq, onların Gürcüstana girişinə qadağa tətbiq edilib.