AZ

Argentinada Netanyahunun həbs edilməsi tələbi irəli sürülüb

Hökumət işçilərinin həmkarlar ittifaqı BCM orderinə uyğun olaraq Argentinaya gələrsə, İsrailin baş nazirinin həbs olunmasını tələb edib...

Poliqon xəbər verir ki, Argentinanın dövlət sektoru işçiləri həmkarlar ittifaqı (ATE) İsrailin baş naziri Benyamin Netanyahunun mümkün səfəri zamanı dərhal həbs olunması üçün federal məhkəməyə müraciət edib. Şikayətdə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) verdiyi həbs orderlərinə əsaslanaraq Netanyahuya qarşı təcili tədbir görülməsi tələb olunur.

Argentina prezident administrasiyasının məlumatına görə, Netanyahu yaxın aylarda ölkəni ziyarət etməyi planlaşdırır.

Qeyd edək ki, avqustun 10-da Böyük Britaniyanın Qəzza zolağını işğal planlarına görə İsrailə qarşı sanksiyalar hazırladığı məlum olub. Bir neçə britaniya nazirliyi bu istiqamətdə işləyir. Müdafiə Nazirliyi İsrail Müdafiə Ordusunun (ÇAXAL) Britaniyada təlim keçməsini qadağan edə bilər. Xarici İşlər Nazirliyi isə anklavın işğalının yolverilməzliyini İsrailə açıq şəkildə göstərmək üçün əlavə tədbirlər üzərində çalışır.

Xatırladaq ki, ötən ilin noyabrında BCM Netanyahu barəsində Fələstin ərazilərində törədilmiş iddia edilən hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbs orderləri vermişdi.

Poliqon.info

Seçilən
53
poliqon.info

1Mənbələr