Məhdudlaşdırılan, qadağan edilən və ya təhlükəli sahəyə daxil olan hava gəmisinə vizual xəbərdarlıq siqnalları göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, ‘Hava məkanından istifadə və uçuş Qaydaları’nda əksini tapıb.
Bu siqnallar qırmızı və yaşıl rəngli ardıcıl mərmi atəşləri şəklində gecə-gündüz istifadə olunur.
Onlar hava gəmisinə həmin sahəni tərk etmək və ya xüsusi tədbir görmək zəruriliyini bildirir.
Belə siqnallar havada təhlükəsizliyi qorumaq üçün vacibdir.