ABŞ prezidenti Donald Tramp Çin idxalına yeni tariflərin tətbiqini 90 gün gecikdirən fərman imzalayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbbər verir ki, bu barədə Ağ Evdəki mənbəyə istinadən CNBC telekanalı məlumat yayıb.
Hesabatda deyilir ki, “Tramp növbəti 90 gün ərzində Çin mallarına ABŞ-ın yüksək tariflərinin yenidən tətbiqinə icazə verməyəcək bir sərəncam imzalayıb”.
Telekanalın məlumatına görə, müvafiq sənədi ABŞ lideri gecə yarısına bir neçə saat qalmış, tariflərin başa çatmalı olduğu vaxt imzalayıb.
Mənbə əlavə edib ki, gecikmə iyulun sonunda İsveçdə baş tutan ABŞ ticarət müzakirəçiləri ilə onların çinli həmkarları arasında danışıqların son raundunun gözlənilən nəticəsidir.