ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq edilən yeni rüsumları 90 gün müddətinə təxirə salıb.
Referans xəbər verir ki, bu barədə D.Tramp fərman imzalayıb.
CNBC kanalının Ağ Ev sözçüsünə istinadən yaydığı məlumatda “Prezident Donald Tramp növbəti 90 gün ərzində Çin mallarına ABŞ-ın yüksək gömrük rüsumlarının tətbiqinin qarşısını alan fərman imzalayıb” deyilir.
Qeyd edək ki, tarif üçün əvvəlki müddət avqustun 12-də başa çatır.
ABŞ-Çin ikitərəfli ticarət danışıqları 28-29 iyul tarixlərində Stokholmda baş tutub. Məsləhətləşmələrdən sonra tərəflər tarifləri daha üç ay uzatmaq barədə razılığa gəliblər./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta