AZ

Millimizin rəqibləri bəlli oldu

Çimərlik futbolu üzrə millimizin Avropa Superfinalının B divizionundakı rəqibləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, A qrupunda yer alan yığmamızın rəqibləri Litva və Belçika olacaq.

Turnirin B qrupunda isə Qazaxıstan, Rumıniya və Malta milliləri mübarizə aparacaqlar. Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Finalçılar isə A divizionunda oynamaq hüququ əldə edəcəklər.

Qeyd edək ki, Avropa Superfinalı 7-14-də sentyabrda İtaliyada keçiriləcək.

Seçilən
82
12
football-plus.az

10Mənbələr