AZ

Türkoloji Yay Məktəbinin iştirakçısı: Bizim ortaq dilimiz, mədəniyyətimiz və tariximiz var

Xankəndi, 11 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Türkoloji Yay Məktəbində iştirak etmək mənim üçün qürurvericidir. Müxtəlif ölkələrdən gəlsək də, bizim ortaq dilimiz, mədəniyyətimiz və tariximiz var. Türkoloji Yay Məktəbi sayəsində təkcə məlumatlar əldə etmirik, eyni zamanda, dostlar qazanırıq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xankəndidə keçirilən Türkoloji Yay Məktəbinin Özbəkistandan olan iştirakçısı Dilnavoz Abdulazizova deyib.

“Qarabağın tarixi, təbiəti bizə çox şey anladır. Burada olmaq, bu torpaqları görmək mənim üçün çox qiymətlidir. Bu fürsəti bizə verənlərə təşəkkür edirəm”, - deyə o bildirib.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın Qarabağ müxbiri

Seçilən
142
4
azertag.az

7Mənbələr