Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramının rəsmi açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə çıxış edən rəsmilər cüdoda təhsil və peşəkar məşqçi hazırlığının strateji əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, BCF Akademiyasının həyata keçirdiyi proqramlar yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, beynəlxalq təcrübənin Azərbaycanda tətbiqinə, eləcə də ölkəmizdə cüdonun inkişafına mühüm töhfə verir.
Belə proqramların Azərbaycan cüdosunun inkişaf strategiyasına uyğun olaraq, yeni nəsil peşəkar məşqçilərin yetişdirilməsində mühüm rol oynayacağı qeyd edilib.
Bakıda cüdo üzrə “Kata for All” festivalı keçiriləcək
İki cüdoçumuz Avropa Kubokunda çempion olub
Cüdoçularımız Avropa Kubokunda 4 medal qazanıblar
Kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib - FOTO
Milli komandamızın 9 cüdoçusu Avropa Kubokunda