AzVision.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Bakıda Şimali Makedoniya təmsilçisi “Şkendiya”ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Çox vacib oyun olacaq. Rəqib də iddialıdır. Döyüşkən kollektivdir. Sabah çox güc sərf etməli olacağıq. İntizamlı olmalıyıq. Azarkeşlər üçün maraqlı matç olacağına inanıram".
Qeyd edək ki, qarşılaşma avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə baş tutan ilk görüşdə "köhlən atlar" rəqibini bir cavabsız qolla üstələyib.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta