AZ

Filtrlərin arxasında itən gerçəklik

Filtrlərin

Bəzən sosial şəbəkələrdə elə fotolara rast gəlirik ki, insan bir anlıq duruxur — bu, həqiqətən tanıdığım adamdırmı? O qədər filtr, o qədər düzəliş… Sanki zaman geri dönüb, 20 yaş gəncləşib. Bu həqiqətdirmi? Yoxsa özümüzü aldatmağın başqa bir yolu?Hər gün güzgüyə baxırsınız. Hər gün öz halınızı görürsünüz. Ətrafınızdakı insanlar sizi yaxından tanıyır, bilirlər necə görünürsünüz. O zaman bu qədər abartılı filtrlərin məqsədi nədir? Niyə sosial şəbəkələrdə başqa, həyatda başqa üzlərlə gəzirik?Bu, sadəcə bir şəkil oyunu deyil. Bu, yavaş-yavaş içimizi yeyən, inamımızı öldürən bir tələdir. “Mükəmməl görünməliyəm” kompleksi qadınları dərin bir uçuruma aparır. Həmin uçurumun adı isə “özünü bəyənməmək”dir.Gözəllik yaşsızdır. Qırışlar — yaşanmış günlərin izidir. Saçlardakı gümüş rəng — həyat təcrübəsinin nişanəsidir. Bunları gizlətmək, pozmaq, silmək… sanki öz hekayəmizi, yaşanmış illərimizi inkar etməkdir.Filtrli bir şəkil yüz “like” gətirər, amma gerçək üzünüz — min sevgi qazanır.Filtrli şəkillər müvəqqətidir, amma səmimi, təbii üzlər qəlblərə həmişə yol tapır. Gerçəyi sevək, özümüzü qəbul edək!Ulusum.az

Diqqət Çəkənlər

Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO

Rusiya ordusunun itkiləri artır

Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO

Seçilən
22
13
ulusum.az

10Mənbələr