AZ

BMT jurnalistlərin öldürülməsini qınadı

BMT İnsan Haqları Ofisi İsrailin Qəzza zolağında “Al Jazeera”televiziya kanalının iki müxbiri də daxil olmaqla fələstinli jurnalistləri öldürməsini qınayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, BMT İnsan Haqları Ofisi bu mövzu ilə bağlı sosial media platforması “X”də paylaşım edib.

“İsrail ordusunun beynəlxalq humanitar hüququ ciddi şəkildə pozaraq jurnalistlərin çadırına hücum etməsi və nəticədə 6 fələstinli jurnalistin öldürülməsini qınayırıq. 7 oktyabr 2023-cü ildən bu yana Qəzzədə ən az 242 fələstinli jurnalist öldürülüb. Bütün jurnalistlər üçün Qəzzəyə dərhal, təhlükəsiz və maneəsiz girişin təmin olunmasını tələb edirik”,- paylaşımda deyilir.

Seçilən
1
20
operativmm.az

10Mənbələr