Kolumbiyalı senator Migel Uribe Turbay sui-qəsd cəhdindən sonra xəstəxanada ölüb.
Bakues.az “Blu Radio”ya istinadən xəbər verir ki, iyunun əvvəlində sui-qəsdə məruz qalan kolumbiyalı senator və 2026-cı il prezidentliyinə namizəd Migel Uribe Turbay xəstəxanada dünyasını dəyişib.
Həkimlər iki ay senatorun həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər. Ölümün səbəbi zədədən sonra mərkəzi sinir sistemində qanaxma olub.
Siyasətçi avqustun 11-də 39 yaşında vəfat edib.
Qeyd edək ki, senatora sui-qəsd iyunun 7-də Boqotanın qərbində seçki tədbiri zamanı baş verib. Migel Uribe Turbaya xalqa müraciət edərkən iki silahlı şəxs arxadan atəş açıb. Güllə siyasətçinin başına dəyib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Asim