AZ

Sui qəsd zamanı güllələnən senator öldü

ain.az, Lent az portalına istinadən məlumat yayır.

İyun ayında sui-qəsd zamanı güllələnən kolumbiyalı senator Miqel Uribe Turbay xəstəxanada vəfat edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, senat və prezidentliyə namizəd 39 yaşlı Miqel Uribe, iki ay əvvəl seçkiqabağı tədbirdə sui-qəsdə məruz qalıb.

Məlumata görə, insidentdən sonra həkimlər siyasətçinin həyatını xilas etmək üçün doqquz həftə mübarizə aparıblar. Lakin ötən həftəsonu onun vəziyyəti pisləşib. Uribedə hemorragik insult (beyinə qan sızması) baş verib.

Məlumdur ki, siyasətçi Kolumbiya prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırıb. Senatorun həyat yoldaşı sosial şəbəkələrdə öz hiss və yaşantılarından danışıb.

“Tanrımdan mənə sənin yoxluğuna öyrədəcək yolu göstərməsini diləyirəm. Ruhun şad olsun, həyatımın sevgisi, mən uşaqlarımıza baxacağam,” — deyə onun həyat yoldaşı Mariya Klaudiya Tarazona sosial şəbəkələrdə yazıb.

Daha əvvəl qeyd olunub ki, silahlı hücumun arxasında “İkinci Marketaliya” adlı üsyançı qruplaşma dayana bilər. Hakimiyyət orqanları 7 iyun atışması ilə bağlı dörd nəfəri, o cümlədən siyasətçiyə atəş açdığı iddia edilən 14 yaşlı oğlanı həbs edib. Lakin cinayətin motivləri hələlik məlum deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
50
lent.az

10Mənbələr