AZ

“Vaşinqtonda əsrin hadisəsi yaşandı”

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

“ABŞ Prezidenti Trampın iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin Ağ Evdə sülh müqaviləsinin müzakirəsi üçün baş tutan tarixi görüş iki ölkə arasında sülh istiqamətində atılan addımların ən əhəmiyyətlisi oldu. Ağ Evdə imzalanan bəyannamə təkcə iki ölkə üçün deyil, bütövlükdə regionun gələcək sabitliyi baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Bu sənəd uzun illər davam edən gərginlikdən sonra bölgədə real sülh perspektivlərinin formalaşmasına, tərəflərin beynəlxalq hüquqa əsaslanan münasibətlər qurmasına zəmin yaradır. Qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Ermənistanın Konstitusiyasında Azərbaycanın suverenliyinə zidd müddəaların çıxarılması və Zəngəzur dəhlizindən maneəsiz keçidin təmin edilməsi hər iki ölkəyə real və dayanıqlı əməkdaşlıq perspektivləri açır”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.

Deputat qeyd edib ki, Amerikada imzalanan bəyannamə təkcə logistik təhlükəsizliyi deyil, həm də böyük iqtisadi layihələrin icrasını təmin edəcək: “Eyni zamanda tərəflər arasında etimadı gücləndirərək bölgədə sabit əməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcək. Bəli, Vaşinqtonda əsrin hadisəsi yaşandı. Əslində artıq deyə bilərik ki, sülh təmin olundu və bu, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində baş verdi”.

M.Cəfərovun sözlərinə görə, D.Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açıldı, ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu: “Artıq iki ölkə arasındakı əməkdaşlıqlar strateji tərəfdaşlığa doğru irəliləyir. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur. Düşünürəm ki, Ağ Ev görüşü zamanı imzalanan Bəyannamə qədər əhəmiyyətli olan hadisə Prezident Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanması oldu. Bəli, bu 907 saylı düzəliş uzun illər dövlətimizə qarşı ən böyük haqsızlıq idi. Cənab Prezident İlham Əliyev Azərbaycan dövlətinə və xalqına qarşı olan bu, haqsızlığı da aradan qaldırdı”.

O həmçinin deyib ki, birgə bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir: “Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi. Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı. Ermənistan öz Konstitusiyasından ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasını qəbul etdi. İlham Əliyev hər çıxışında deyirdil: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycanın qalib lideri Vaşinqtonda bu məqsədinə də nail oldu”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
2
icma.az

10Mənbələr