AZ

Mats Hummels "Borussiya" ilə vida matçına çıxıb

36 yaşlı Mats Hummels "Borussiya Dortmund"la "Yuventus"la yoldaşlıq görüşündə vida matçını keçirib.

90deqiqe.Az-ın məlumatına görə, alman müdafiəçi kapitan sarğısı ilə başlayıb və cəmi 18 dəqiqə sonra yerini Niklas Süleyə verib.

Alman futbolçu 2008-2016-cı illərdə "Borussiya"da çıxış edib və "Bavariya"da üç mövsüm keçirdikdən sonra 2019-cu ildə Dortmunda qayıdıb. 2024-cü ilin sentyabrında alman "Borussiya"dan ayrılaraq "Roma"ya keçib.

O, klubda 508 oyun keçirib, altı kubok, o cümlədən iki Bundesliqa titulunu və iki Almaniya kubokunu qazanıb, həmçinin iki Çempionlar Liqasının finalında oynayıb.

Hummels Almaniya millisinin tərkibində 2014-cü ildə Dünya Kubokunun qalibi olub.

Seçilən
37
90deqiqe.az

1Mənbələr