36 yaşlı Mats Hummels "Borussiya Dortmund"la "Yuventus"la yoldaşlıq görüşündə vida matçını keçirib.
90deqiqe.Az-ın məlumatına görə, alman müdafiəçi kapitan sarğısı ilə başlayıb və cəmi 18 dəqiqə sonra yerini Niklas Süleyə verib.
Alman futbolçu 2008-2016-cı illərdə "Borussiya"da çıxış edib və "Bavariya"da üç mövsüm keçirdikdən sonra 2019-cu ildə Dortmunda qayıdıb. 2024-cü ilin sentyabrında alman "Borussiya"dan ayrılaraq "Roma"ya keçib.
O, klubda 508 oyun keçirib, altı kubok, o cümlədən iki Bundesliqa titulunu və iki Almaniya kubokunu qazanıb, həmçinin iki Çempionlar Liqasının finalında oynayıb.
Hummels Almaniya millisinin tərkibində 2014-cü ildə Dünya Kubokunun qalibi olub.