ABŞ-nin Corciya ştatındakı bir evə düşən meteoritin Yer kürəsindən daha qədim olduğu ortaya çıxıb.
"Cebheinfo.az" xəbər verir ki, Corciya Universiteti 26 iyunda ştatda bir evin damına düşərək onu deşən meteoritə dair araşdırmasını tamamlayıb. Universitetin açıqlamasına görə, meteoritin təxminən 4,56 milyard il əvvəl yarandığı müəyyən edilib.
Bu isə onun Yer kürəsindən təxminən 20 milyon il daha qədim olduğunu göstərir. Corciya Universitetinin tədqiqatçısı Skott Harris araşdırmaya dair şərhində belə deyib: “Atmosferə daxil olan bu meteorit evə düşməzdən əvvəl uzun bir keçmişə sahib idi.”