AZ

Meteorit havada partladı

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avstraliyada atmosfer qatına daxil olan meteorit havada partlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə havada bir neçə yüz km məsafədən izlənilməsi mümkün olan alov şarı yaranıb.

Hadisə dünən Viktoriya ştatının üzərində, Melburn şəhəri istiqamətində, yerli vaxtla 19:35-də baş verib.

Güclü alov torpağa çatmamış sönüb. Amma güman olunur ki, meteoritin kiçik qalıqları yerə düşüb. Yaxın ərazilərdə yaşayanların sözlərinə görə, partlayış anında güclü səs eşidilib, titrəyiş hiss olunub.

Qeyd edək ki, mütəxəssislər hələlik sosial mediada yayılan kadrlara əsaslanaraq bunun kosmik zibil deyil, meteorit olduğunu iddia ediblər. Üstəlik, o qədər də böyük olmayıb. Çünki əks təqdirdə fraqmentləri yerə düşərdi.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
19
525.az

10Mənbələr