AZ

Dünya "çikunqunya" virusu üçün həyəcan VƏZİYYƏTİNDƏ

Çinin Guanqdonq bölgəsində sürətlə yayılan "çikunqunya" virusu, ağcaqanad vasitəsilə yoluxur və yüksək hərarət, oynaq ağrısı, yorğunluq, dəri səpgiləri kimi əlamətlərlə özünü göstərir.

News24.az xəbər verir ki, son həftələrdə 7,700-dən çox yoluxma qeydə alınıb. Virus ilk dəfə 1952-ci ildə Tanzaniyada aşkar olunub.

Xəstəlik adətən 1-2 həftəyə keçir, amma bəzən oynaq ağrıları uzun müddət davam edə bilər. Hal-hazırda peyvənd mövcud deyil, müalicə simptomlara yönəlib. Yağış və tayfunlar ağcaqanad  sayını artırdığı üçün yayılma sürətlənib. Çin və ABŞ rəsmiləri vətəndaşları xəbərdar edib, profilaktik tədbirlər görülür.

Xeyrənsə Piriyeva

Seçilən
54
1
news24.az

2Mənbələr