ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çinin Guanqdonq bölgəsində sürətlə yayılan "çikunqunya" virusu, ağcaqanad vasitəsilə yoluxur və yüksək hərarət, oynaq ağrısı, yorğunluq, dəri səpgiləri kimi əlamətlərlə özünü göstərir.
News24.az xəbər verir ki, son həftələrdə 7,700-dən çox yoluxma qeydə alınıb. Virus ilk dəfə 1952-ci ildə Tanzaniyada aşkar olunub.
Xəstəlik adətən 1-2 həftəyə keçir, amma bəzən oynaq ağrıları uzun müddət davam edə bilər. Hal-hazırda peyvənd mövcud deyil, müalicə simptomlara yönəlib. Yağış və tayfunlar ağcaqanad sayını artırdığı üçün yayılma sürətlənib. Çin və ABŞ rəsmiləri vətəndaşları xəbərdar edib, profilaktik tədbirlər görülür.
Xeyrənsə Piriyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.