AZ

Türkiyəli mütəxəssis: "İran strateji itkilər yaşayacağı üçün narahatdır"

"10 noyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında imzalanan və Ermənistanın məğlubiyyəti qəbul etdiyi aktın, eləcə də daimi sülh danışıqlarının davamı olaraq, 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən üçtərəfli zirvədən sonra iki ölkə arasında "sülh üçün yol xəritəsi" kimi xarakterizə edilən ortaq bəyanatın imzalanması bu mövzuda çox mühüm dönüş nöqtəsi oldu. Elə həmin zirvə çərçivəsində Azərbaycanı Ermənistan üzərindən Naxçıvana birləşdirəcək Zəngəzur dəhlizi mövzusunda razılaşmanın əldə olunması da mühüm bir problemin aradan qaldırılması baxımından digər əhəmiyyətli məqam oldu".
 
Moderator.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə mütəxəssis İsmail Cingöz deyib.
 
O bildirib ki, həm bəyanatın, həm də Zəngəzur dəhlizi məsələsinin həll yoluna qovuşması Türkiyə tərəfindən məmnunluqla qarşılandı:
 
"Türkiyə rəsmiləri ard-arda məmnuniyyətlərini dilə gətirdilər. Çünki Türkiyənin və Türkiyə üzərindən Avropa-Orta Asiya-Çin xətlərinin fasiləsiz şəkildə quru və dəmir yolları ilə bir-birinə bağlanması yüzillikdən artıq bir arzunun gerçəkləşməsi deməkdir. Ən əsası isə Türkiyənin Orta Asiya coğrafiyasına, türk dövlətlərinə quru bağlantısının təmin olunması təsvirolunmaz sevinc səbəbinə çevrildi".
 
"Başqa bir məqam isə bu anlaşma ilə yalnız Avropa-Orta Asiyanın deyil, Yaxın Şərqin də eyni bağlantılardan faydalanacaq olmasıdır. Lakin bu prosesə ABŞ-nin da daxil olması və Zəngəzur dəhlizinin ABŞ şirkətləri tərəfindən idarə olunacağı məsələsi İranı narahat edib. Çünki İranın şimalında, Ermənistan sərhədində yerləşən Zəngəzur dəhlizinə ABŞ-nin faktiki olaraq gəlməsini Tehran özünə təhlükə kimi görməkdədir", - deyə ekspert qeyd edib.
 
Müsahibimiz əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra imzalanan atəşkəs müddəaları içərisində Zəngəzur dəhlizinin açılacağı bəyan edildiyi ilk gündən etibarən mənfi mövqe sərgiləyən İranın bu mövqeyi səbəbindən dəhliz bir müddət açıla bilmədi:
 
"İranın Ali Lideri Əli Xameneinin müşavirlərindən Əli Əkbər Vilayətinin "Trampın dəstəklədiyi dəhlizə icazə verməyəcəkləri" açıqlaması da gərginliyi artıran nümunələrdəndir. İran Ermənistanla quru əlaqələrinin kəsiləcəyi və ABŞ şirkətləri vasitəsilə sıxışdırılacağı qorxusunu nümayiş etdirir. Lakin Türkiyənin türk dövlətləri ilə quru bağlantısının təmin olunmasını həzm edə bilmədiyi də aydındır. Digər tərəfdən, hazırda Naxçıvan-Azərbaycan quru əlaqəsinin yalnız İran üzərindən həyata keçirilməsi zərurətinin aradan qalxması ilə bu yoldan əldə etdiyi böyük miqdarda tranzit haqqı gəlirindən məhrum qalacağı da faktdır. Bu baxımdan, İranın mühüm strateji itkilər yaşayacağına dair narahatlıqları müşahidə olunur". ABŞ-yə mühüm hüquqlar verilməsinə qarşı çıxacağını bəyan edən İranın bu gərginliyi hansı səviyyəyə qədər yüksəldə biləcəyini, toqquşmaya qədər gedib-getməyəcəyini və İranın nələri gözə ala biləcəyini isə zaman göstərəcək".
Seçilən
15
50
moderator.az

10Mənbələr