AZ

İran sui-qəsd qorxusu ilə nüvə alimlərini gizlədir

İran rəhbərliyinin, İsrail hücumları və sui-qəsdlərdən qorumaq üçün nüvə sahəsində çalışan alimləri gizlətdiyi üzə çıxıb.

"Cebheinfo.az" "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, evlərindən və universitetlərdən uzaqlaşdırılan alimlər və onların ailələri Tehrandakı gizli evlərə və ya şimalda, Xəzər dənizi sahilindəki bölgələrdə yerləşən villalara köçürülüblər.

Bu alimlərdən universitetlərdə dərs deyənlərin yerinə isə nüvə proqramı ilə əlaqəsi olmayan şəxslər təyin edilib.

İranlı alimlərdən ibarət təxminən 100 nəfərlik bir siyahının olduğu, onlardan ən azı 30-nun iyun ayında baş verən 12 günlük müharibə zamanı öldürüldüyü bildirilir.

Nəşrin məlumatına görə, İsrail kəşfiyyatı, İranın mümkün sui-qəsd halında işlərin dayanmasının qarşısını almaq üçün alimləri 2 və ya 3 nəfərlik qruplar şəklində çalışdırdığını düşünür.

İsrail təhlükəsizlik mənbələri isə İranın gizlətdiyi iddia olunan bəzi alimlərin nüvə döyüş başlığı dizaynı kimi kritik sahələrdə işlədiyi qənaətindədir.

Seçilən
8
38
cebheinfo.az

10Mənbələr