AZ

Həndbol üzrə Avropa Kuboku: “Azəryol” və “Bakı” hər iki oyunu səfərdə keçirəcək

Bakı,11 avqust, AZƏRTAC

Qadın həndbolçulardan ibarət “Azəryol” və kişilərdən ibarət “Bakı” komandalarının Avropa Kubokunun II təsnifat mərhələsində keçirəcəyi oyunların yeri məlum olub.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Avstriyanın “Union Kornoyburq” komandası ilə qarşılaşacaq “Azəryol”un hər iki görüşü səfərdə olacaq.

Klubların qarşılıqlı razılığı əsasında “Bakı” da Şimali Makedoniya təmsilçisi “Orxid”lə hər iki matçı səfərdə keçirəcək.

Qadınların turnirində II raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları oktyabrın 4-5-də olacaq.

Kişi həndbolçular arasında Avropa Kubokunda isə bu mərhələnin ilk görüşləri oktyabrın 11-12-nə, cavab oyunları 18-19-na təyin olunub.

Seçilən
10
5
azertag.az

6Mənbələr