Qadın həndbolçulardan ibarət “Azəryol” və kişilərdən ibarət “Bakı” komandalarının Avropa Kubokunun 2-ci təsnifat mərhələsində keçirəcəyi oyunların yeri məlum olub.
Avstriyanın “Union Kornoyburq” komandası ilə qarşılaşacaq “Azəryol”un hər iki görüşü səfərdə keçirəcək. Klubların qarşılıqlı razılığı əsasında “Bakı” da Şimali Makedoniya təmsilçisi “Orxid”lə hər iki matçı səfərdə oynayacaq.
Qadınların turnirində 2-ci mərhələnin ilk oyunları sentyabrın 27-28-də, cavab görüşləri oktyabrın 4-5-də olacaq. Kişi həndbolçular arasında Avropa Kubokunda isə bu mərhələnin ilk görüşləri oktyabrın 11-12-nə, cavab oyunları 18-19-na təyin olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta