AZ

Bu universitetlər rus bölməsinə ixtisas seçimini dayandırdı

Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayıb. Bütün qruplar üzrə ixtisas seçimi avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

Araşdırmalar zamanı məlum olub ki, bu il bəzi universitetlərdə rus dili bölməsinə ixtisas seçimi aparılmayacaq.

Belə ki, “Abituriyent” jurnalının 2025-ci ilin 4-cü nömrəsindəki bir sıra ali təhsil müəssisələrinin ixtisas siyahısında rus dili bölməsinə müsabiqə ləğv olunub. Halbuki ötən il həmin ixtisaslar üzrə rus dili bölməsinə qəbul həyata keçirilib.

Beləliklə, rus dili bölməsinə qəbulu dayandıran universitetlərin siyahısını təqdim edirik:

I qrup üzrə

Bakı Dövlət Universiteti (BDU);

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU);

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU);

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC);

Bakı Mühəndislik Universiteti (BMU);

Dövlət Dəniz Akademiyası.

Gömrük Akademiyası;

Naxçıvan Dövlət Universiteti (NDU);

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU);

Azərbaycan Texnologiya Universiteti;

Sumqayıt Dövlət Universiteti (SDU);

“Azərbaycan” Universiteti.

II qrup üzrə

Azərbaycan Texniki Universiteti (AzTU);

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU);

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU);

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC);

Bakı Mühəndislik Universiteti (BMU);

ADA Universiteti;

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU);

Azərbaycan Dövlət Turizm və Menecment Universiteti;

Gömrük Akademiyası;

Naxçıvan Dövlət Universiteti (NDU);

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU);

“Azərbaycan” Universiteti;

Bakı Avrasiya Universiteti;

Bakı Biznes Universiteti.

III qrup üzrə

Bakı Dövlət Universiteti (BDU);

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU);

Milli Aviasiya Akademiyası;

Naxçıvan Dövlət Universiteti (NDU);

“Azərbaycan” Universiteti;

Bakı Avrasiya Universiteti.

IV qrup üzrə

Bakı Dövlət Universiteti (BDU);

Azərbaycan Tibb Universiteti (ATU);

Bakı Mühəndislik Universiteti (BMU);

Naxçıvan Dövlət Universiteti (NDU);

Gəncə Dövlət Universiteti;

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU);

Azərbaycan Texnologiya Universiteti;

Sumqayıt Dövlət Universiteti (SDU).

V qrup üzrə

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU);

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU);

Bakı Mühəndislik Universiteti;

ADA Universiteti;

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU);

Azərbaycan Texnologiya Universiteti.

MənbəMODERN.AZ
Seçilən
27
39
banker.az

10Mənbələr