Bakı.Trend:
“lnstagram”da tanış olduğu iranlı tərəfindən narkokuryerliyəcəlb olunan şəxs Qaradağ rayonunda 16 kiloqram marixuana iləsaxlanılıb.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarıtərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşıhəyata keçirilən əməliyyat zamanı 33 yaşlı Mirzə Mirzəyevsaxlanılıb. Ondan ümumilikdə 16 kiloqram 145 qram narkotik vasitəolan marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotikləri “lnstagram”sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından satış məqsədiilə əldə etdiyini bildirib. M.Mirzəyevin bundan əvvəl də həmin şəxstərəfindən kuryerliyə cəlb olunaraq paytaxt ərazisində narkotikvasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.
Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsiilə cinayət işi başlanılıb.
Qeyd edilib ki, M.Mirzəyev ilə əlbir olan digər şəxslərin dətapılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davametdirilir.Son 3 ay ərzində polis əməkdaşlarının Qaradağ rayonundahəyata keçirdikləri əməliyyatlar zamanı 94 kiloqram narkotik vasitəqanunsuz dövriyyədən çıxarılıb.