ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 33 yaşlı Mirzə Mirzəyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, saxlanılan şəxsdən ümumilikdə 16 kiloqram 145 qram narkotik vasitə olan marixuana aşkarlanıb.
Mirzə Mirzəyev narkotikləri “lnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib. O, bundan əvvəl də həmin şəxs tərəfindən kuryerliyə cəlb olunaraq paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.
Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. M.Mirzəyev ilə əlbir olan digər şəxslərin də tapılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, son 3 ay ərzində polis əməkdaşlarının Qaradağ rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı 94 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.