AZ

Aktyor Rey Bruks vəfat edib

1960-1980-ci illərdə Britaniya televiziya proqramlarında iştirakı ilə məşhurlaşan ingilis aktyor Rey Bruks 86 yaşında vəfat edib.

Bu barədə sənətçinin ailə üzvlərinə istinadən BBC məlumat yayıb.

Onların sözlərinə görə, Bruks avqustun 9-da qısamüddətli xəstəlikdən dünyasını dəyişib. Onun son bir neçə ildə demensiyadan əziyyət çəkdiyi bildirilir.

Aktyor İngiltərədə baş kişi rolunu oynadığı "Keti evə qayıt" (1966) dramından və "Cənab Benn" uşaq televiziya şousunda səslənən aktyorluqdan (1971-2005) sonra məşhurlaşıb. Bundan əlavə, Bruks "Böyük sövdələşmə" (1984-1986) və “Böyümə problemləri” (1992) teleseriallarında, eləcə də digər filmlərdə rol alıb.

​​​​​​"Cebheinfo.az" 

Seçilən
29
43
cebheinfo.az

10Mənbələr