AZ

Türkiyədəki zəlzələdə1 nəfər ölüb


Dünən Türkiyənin Balıkesir vilayətində baş verən güclü zəlzələ nəticəsində bir nəfər ölüb.

Medicina.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Onun sözlərinə görə, dağıntılar altından çıxarılan 81 yaşlı bir kişinin həyatını xilas etmək mümkün olmayıb.

Bununla yanaşı, zəlzələ zamanı daha 29 nəfər xəsarət alıb. Hazırda 4 yaralının müalicəsi davam etdirilir.

Xatırladaq ki, avqustun 10-da Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib.



Seçilən
24
18
medicina.az

10Mənbələr