AZ

Rüfətin Xorvatiyada debütü baş tutmadı

Xorvatiya çempionatında 2-ci turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geydiyi “Varajdin” tur çərçivəsində səfərdə “Slaven Belupo” ilə qarşılaşıb.

24 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilsə də, onun yeni klubunda rəsmi debütu yenə baş tutmayıb. Rüfət matçı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib.

Onun yoxluğunda komandası 1:3 hesabı ilə uduzub.

2 turdan sonra 1 xalı olan “Varazdin” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Seçilən
100
5
fanat.az

10Mənbələr