AZ

İsmayıllıda maşın körpüdən aşıb yandı - Yaralılar var+ Video

İsmayıllı rayonu, Qalacıq kəndində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, avtomobil kənd ərazisindən keçən körpüdən aşıb daha sonra alışıb. 

Hadisə zamanı avtomobildə olan 3 nəfər - Bakı şəhər sakinləri; Səmra Həsənli, Gülsüm Həsənova və Rüfət Həsənov xəsarətlər alıb.

Əraziyə FHN-nin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.

Seçilən
27
3
qafqazinfo.az

4Mənbələr