İsmayıllı rayonu, Qalacıq kəndində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, avtomobil kənd ərazisindən keçən körpüdən aşıb daha sonra alışıb.
Hadisə zamanı avtomobildə olan 3 nəfər - Bakı şəhər sakinləri; Səmra Həsənli, Gülsüm Həsənova və Rüfət Həsənov xəsarətlər alıb.
Əraziyə FHN-nin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.