Bakı. Trend:
İngiltərə Superkubokunun qalibi bəlli olub.
Trend-inməlumatına görə, həlledici oyunda son ölkə çempionu “Liverpul”laFederasiya Kubokunun qalibi “Kristal Pelas” üz-üzə gəlib.
Londonun “Uembli” stadionunda keçirilən görüşün əsas vaxtı 2:2hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyasıoynanılıb.
Burada daha dəqiq olan (3:2) “Kristal Pelas” Superkubokun qalibiolub.