Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ödənişli yolda avtomobil səkiyə çırpılıb.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, "Chevrolet" markalı minik avtomobili ödənişli yolda hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarındakı arakəsmələrə çırpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişin Bakı şəhər sakini 1993-cü il təvəllüdlü F.Abdullayeva yüngül dərəcəli bədən xəsarəti alıb.
Yaralıya tibbi yardım olunduqdan sonra evə buraxılıb.
Asiman Qaraca
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.