AZ

Türkiyənin Balıkesir vilayətində güclü zəlzələ 10 bina dağıldı, dağıntılar altında qalanlar var

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib.

BAKU.WS-in Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.

Sındırğı bələdiyyə sədri Serkan Sakın hadisə ilə bağlı bildirib ki, rayonda 10 bina dağılıb, iki nəfərin isə dağıntılar altında qaldığı ehtimal olunur. Zərərçəkən binaların görüntüləri yerli mediada yayılıb.

Bundan əlavə, Manisa şəhərində də ardıcıl olaraq 4,6 və 4,3 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Hazırda dağıntı və tələfatla bağlı rəsmi məlumatlar dəqiqləşdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
50
baku.ws

10Mənbələr