Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirir ki, Balıkesir vilayətində, Sındırgı bölgəsində baş vermiş güclü zəlzələdən sonra təkrar təkanlar hələ də davam edir.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, son üç saat ərzində maqnitudası 1,5-dən 4,4-ə qədər dəyişən təxminən 45 yeraltı sarsıntı qeydə alınıb.
Ən güclü artçı təkan yerli vaxtla saat 04:55-də (Bakı vaxtı ilə 05:55), zəlzələ ocağının 10 km dərinlikdə yerləşdiyi Sındırgı ərazisində baş verib. Mövcud məlumata görə, təkan nəticəsində tələfat və dağıntılar qeydə alınmayıb.
Xatırladaq ki, bazar günü axşam saatlarında eyni ərazidə 6,1 maqnitudalı zəlzələ baş verib. Bu hadisə nəticəsində bir nəfər həyatını itirib, 29 nəfər xəsarət alıb, təxminən 10 bina dağılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.