Darvin Nunyesin “Liverpul”u tərk edəcəyi məlum idi.
"Football-plus.az" xəbər verir ki, “Liverpul”un futbolçusunun “Əl-Hilal”a keçidi rəsmiləşib.
26 yaşlı hücumçu Səudiyyə Ərəbistanı klubu ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. “Liverpul” bu transferə görə bonuslar da daxil olmaqla 65 milyon avro qazanacaq.
Nunyes İngiltərə klubunda 2022-ci ildən çıxış edirdi. O, ötən mövsüm premyer-liqada 30 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta