RU

O da Səudiyyə Ərəbistanına yollandı

Darvin Nunyesin “Liverpul”u tərk edəcəyi məlum idi.

"Football-plus.az" xəbər verir ki, “Liverpul”un futbolçusunun “Əl-Hilal”a keçidi rəsmiləşib.

26 yaşlı hücumçu Səudiyyə Ərəbistanı klubu ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. “Liverpul” bu transferə görə bonuslar da daxil olmaqla 65 milyon avro qazanacaq.

Nunyes İngiltərə klubunda 2022-ci ildən çıxış edirdi. O, ötən mövsüm premyer-liqada 30 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Избранный
6
football-plus.az

1Источники