AZ

Telefon batareyasının ömrünü ikiqat artıran real üsullar

Texnologiya mütəxəssisləri bildirir ki, telefon batareyasının ömrünü uzatmaq üçün bahalı avadanlıqlara ehtiyac yoxdur – bir neçə sadə qaydaya əməl etməklə cihazınızı uzun müddət problemsiz istifadə etmək mümkündür.

Far.Az xəbər verir ki, ən vacib qayda batareyanı tam boşaltmadan və tam doldurmadan şarj etməkdir. Optimal enerji səviyyəsi 20-80 faiz aralığında saxlanmalıdır. Mütəxəssislər bildirir ki, batareyanı sıfıra endirmək və ya 100%-ə qədər doldurmaq onun kimyəvi strukturuna zərər verə bilər.

Bundan başqa, telefonda "qaranlıq rejim"i aktivləşdirmək və enerji qənaəti funksiyasından istifadə etmək batareyanın işləmə müddətini xeyli uzadır. Ekran parlaqlığını avtomatik rejimdə saxlamaq da əlavə enerji qənaəti təmin edir.

İsti və rütubətli mühit batareyaya ən çox zərər verən amillərdən biridir. Telefonu birbaşa günəş altında və ya yüksək temperaturda qoymamaq məsləhətdir. Həmçinin yalnız orijinal və sertifikatlı şarj cihazından istifadə etmək batareyanın həm təhlükəsizliyini, həm də ömrünü qoruyur.

Mütəxəssislər vurğulayır ki, bu sadə addımlara əməl etməklə batareyanın ömrünü ikiqat artırmaq mümkündür.

Seçilən
13
1
far.az

2Mənbələr