"Liverpul"un futbolçusu Darvin Nunesin "Əl-Hilal"a keçidi rəsmiləşib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi 26 yaşlı hücumçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.
"Liverpul" bu transferə görə bonuslar da daxil olmaqla 65 milyon avro alacaq.
Nunes ötən mövsüm Premyer Liqada 30 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.