AZ

Ukrayna ordusu Sumı vilayətində daha bir yaşayış məntəqəsini azad etdi

BAKI, 10 avqust. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri Sumı vilayətindəki Bezsalovka yaşayış məntəqəsini Rusiya ordusundan tamamilə təmizləyərək azad edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Əməliyyatda 33-cü ayrı zərbə polku və 24-cü ayrı zərbə batalyonunun bölmələri iştirak edib. Döyüşlər zamanı ukraynalı əsgərlər 18 rus əsgərini məhv ediblər. Ukrayna Silahlı Qüvvələri düşməni məhv etməyə davam edir və dövlətimiz üçün ədalətli sülhü yaxınlaşdırır”, — Baş Qərargah bildirib.

Seçilən
49
teleqraf.com

1Mənbələr