BAKI, 10 avqust. TELEQRAF
Ukrayna Müdafiə Qüvvələri Sumı vilayətindəki Bezsalovka yaşayış məntəqəsini Rusiya ordusundan tamamilə təmizləyərək azad edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“Əməliyyatda 33-cü ayrı zərbə polku və 24-cü ayrı zərbə batalyonunun bölmələri iştirak edib. Döyüşlər zamanı ukraynalı əsgərlər 18 rus əsgərini məhv ediblər. Ukrayna Silahlı Qüvvələri düşməni məhv etməyə davam edir və dövlətimiz üçün ədalətli sülhü yaxınlaşdırır”, — Baş Qərargah bildirib.